12.06.2017

Birincilərin tədbiri

R.Hümbətov adına Güləbird kənd tam orta məktəbində Birincilərin tədbiri keçirilib. Tədbirdə məktəbin pedaqoji kollektivi, şagirdlər və valideynlər iştirak ediblər.

Giriş sözü ilə çıxış edən məktəb direktoru, Əməkdar müəllim Tapdıq Abbasov birinciləri təbrik edərək, onlara gələcək tədris illərində uğurlar arzulayıb.Təbdirdə birincilər bir il ərzində öyrəndiklərini nümayiş etdirərək, hərf və rəqəmlərlə bağlı maraqlı çıxışlar ediblər. Onlar həmçinin mahnı oxuyub, rəqs edib, şeirlər səsləndirib və səhnəciklər canlandırıblar.