15.09.2017

Rayon məktəblərində “Bilik günü”

    Rayonun Fingə  və Mİşni kənd tam orta məktəblərində keçirilən tədbirlərdə Laçın Rayon İcra Hakimiyyətinin başçısı, Təhsil Şöbəsinin müdiri və ictimaiyyətin nümayəndələri iştirak edib.

    Yeni dərs ilinin ilk günündə Ağcabədi rayonunun Taxtakörpü ərazisindəki obalarda fəaliyyət göstərən rayonunun Mişni və Fingə kənd tam orta məktəbində  olan Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli  məktəb kollektivini təbrik etmiş, onlara gələcək fəaliyyətlərində uğurlar arzulamışdır. Müstəqilliyimizin ilk illərindən təhsilə olan dövlət qayğısının Ulu Öndər Heydər Əliyev tərəfindən əsasının qoyulduğunu bildirən rayon rəhbəri, bu işin dövlət başçımız cənab İlham Əliyev tərəfindən layiqincə davam etdirildiyini,  məhz bunun nəticəsində ölkə gənclərinin dünyanın ən nüfuzlu universitetlərində təhsil almalarını tədbir iştirakçılarının diqqətinə çatdırıb.

     Laçın Rayon Təhsil Şöbəsinin müdiri Nicat Həsənov məlumat vermişdir ki, 2017 - 2018-ci dərs ilində rayonun ümumtəhsil məktəblərində təhsil alacaq şagirdlərin  ümumi sayı 11 498  nəfərdir ki, bunlardan da 1143   nəfəri  birinci sinfə daxil olanlardır.