10.10.2017

Çıraqlı kənd orta məktəbinin yeni tikilmiş binasının açılışı olub

    Oktyabrın 3-də Abşeron rayonunun Masazır qəsəbəsində fəaliyyət göstərən rayonun Çıraqlı kənd tam orta məktəbinin yeni tikilmiş korpusunun açılışı olub.
    Məktəbin yeni tikilmiş binası ABŞ Müdafiə Departamentinin (Pentaqon) Humanitar Yardım Proqramı və Hərbi Mühəndislər Korpusunun maliyyə yardımı ilə inşa edilib.
    Açılış mərasimində ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Gəray Fərhadov, Laçın rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli, Nazirlər Kabinetinin Qaçqın və məcburi köçkünlərin məsələləri üzrə şöbə rəhbəri Qurban Sadıqov, Təhsil Nazirliyinin Məktəbəqədər və ümumi təhsil şöbəsinin müdiri Aydın Əhmədov və digər təşkilatların nümayəndələri iştirak edib.
   Təhsil Naziriliyi tərəfindən məktəb bütün invertar avadanlıqlarla təmin edilib.