24.11.2017

Təhsil müəssisələrində Dövlət Bayrağı Günü qeyd olunub

 Laçın Rayon Təhsil Şöbəsinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində 9 noyabr-Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü ilə əlaqədar tədbirlər keçirilib.

Tədbirlərdə bayrağımızın yaranma tarixi, ulu öndər Heydər Əliyevin Dövlət bayrağı haqqındakı fikirləri, Azərbaycan bayrağının şanlı tarixi haqqında geniş məlumat verilib, Dövlət Bayrağı Gününün tarixi əhəmiyyəti vurğulanıb.

Tədbirlərdə şagirdlər bayraq, vətənpərvərlik mövzusunda şeirlər söyləyib, mahnılar ifa edib və ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər.


Açar sözlər: