24.11.2017

Təqdimat mərasimi

    17 noyabr 2017-ci il tarixdə Azərbaycan Respublikası təhsil nazirinin 06 oktyabr 2017-ci il tarixli K-560/1 nömrli əmri ilə təhsilin inkişafındakı xidmətlərinə görə “ Azərbaycan Respublikası Qabaqcıl təhsil işçisi ” döş nişanına layiq görülmüş rayonun 6 nömrəli tam orta məktəbin tarix müəllimi Quliyeva Elmira Köçəri qızının, 35 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbyyat müəllimi Nəcəfova Rəfiqə Rza qızının, Laçın rayon Uşaq-Gənclər İdman-Şahmat məktəbinin direktoru Musayev Vəli Cənnət oğlunun, ” Azərbaycan Respublikasının Təhsil Nazirliyinin Fəxri Fərmanı” ilə təltif edilmiş Quşçu kənd tam orta məktəbinin Azərbaycan dili və ədəbyyat müəllimi Mirzəyeva Zəhra Fazil qızının mükafatlarının təqdim olunma mərasimi keçirilib.
    Təqdimat mərasimində Təhsil Şöbəsinin müdiri Nicat Həsənov mükafatlandırılan müəllimləri təbrik edərək mükafatları təqdim edib.
Təqdimat mərasimində mükafatlandırılan müəllimlər çıxış edərək fəaliyyətlərinə verilən yüksək qiymətə görə öz minnətdarlıqlarını bildiriblər.


Açar sözlər: