20.12.2017

 “Çağırır vətən” adlı yazı müsabiqəsinin qalibi

             Laçın rayon 21 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdi İmranlı Fərid Ayaz oğlu “Çağırır vətən” adlı yazı müsabiqəsinin qalibi elan olunub.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin vətənpərvərlik təbliğatının yüksəldilməsi məqsədi ilə respublika orta ümumtəhsil məktəblərinin şagirdləri arasında keçirdiyi  “Çağırır vətən” adlı yazı müsabiqəsinin qaliblərinin təltif edilməsi üçün Xidmətin Aparatında  tədbir təşkil olunub. Tədbirdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin birinci müavini general-mayor Zaur Abdullayev, müsabiqənin qalibləri və qonaqlar iştirak ediblər. 

İlk öncə Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olmuş vətəndaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri  Səfərbərlik və Hərbi Xidmətə  Çağırış üzrə Dövlət Xidməti rəisinin birinci müavini general-mayor Zaur Abdullayev açaraq müsabiqə haqqında məlumat verdi. Bildirildi ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən gənc nəslin hərbi vətənpərvərlik tərbiyəsi istiqamətində silsilə tədbirlər həyata keçirilir. “Çağırır vətən” yazı müsabiqəsi belə layihələrin davamıdır. General-mayor Z.Abdullayev 2017-ci ilin noyabr ayının 1-dən 25-dək davam edən müsabiqəyə təqdim edilmiş yazıların münsiflər heyəti tərəfindən qiymətləndirilərək, qaliblərin müəyyənləşdirildiyini qeyd etdi.

Tədbirin sonunda “Çağırır vətən” adlı yazı müsabiqəsinin qaliblərinə mükafatlar təqdim edilib.

 


Açar sözlər: