01.10.2019

1 oktyabr məktəbəhazırlıq qruplarında dərslər başlayıb

       1 oktyabr umumitəhsil məktəblərində məktəbəhazırlıq qruplarında dərslər başlayıb.

Laçın rayon üzrə 50 ümumitəhsil məktəbində 68 qrupda 815 şagird məktəbəhazırlıq qruplarına cəlb edilib. Ötən tədris ili ilə müqayisədə qrupların sayı 23 qrup artmışdır. Rayon Təhsil Şöbəsi hazırlıq qruplarında təhsil alan uşaqları və onların valideynlərini təbrik edir.