20.11.2019

“Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiyaya qoşulan Laçın rayonunun məktəbliləri Quba-Qusar-Xaçmaz marşrutu üzrə ekskursiyada olublar.

        “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiyaya qoşulan Laçın rayonunun məktəbliləri Quba-Qusar-Xaçmaz marşrutu üzrə ekskursiyada olublar.

Laçınlı məktəblilər maarifləndirici tur-aksiyaya məskunlaşdıqları Ağcabədi rayonu ərazisindəki Taxtakörpü qəsəbəsindən yola salınıblar. Tur-aksiya iştirakçıları ilə keçirilən görüş zamanı Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli ölkəmizdə gənclərin hərtərəfli inkişafı üçün yaradılan şəraitdən, onların savadlı, vətənpərvər böyüməsi və fiziki inkişafı istiqamətində görülən işlərdən danışıb, məktəblilərə səfərlərinin xoş və mənalı keçməsi üçün tövsiyələr verib.

Tur-aksiyada iştirak edən şagird və müşayiətçilər ulu öndər Heydər Əliyevin Taxtakörpü qəsəbəsindəki büstünü ziyarət etdikdən sonra xatirə şəkli çəkdirib, onlar üçün ayrılmış avtobusla Quba-Qusar-Xaçmaz istiqaməti üzrə yola düşüblər.

        Onlar 1-ci gün Quba şəhərində Heydər Əliyev Mərkəzi, Gənclər Mərkəzi, Quba Cümə məscidi, Qırmızı Qəsəbə, Quba soyqırım Memorial kompleksi, ”Azərxalça”, “Abad Factory”, Tağlı Körpü, “Quba Palace” mehmanxana kompleksi, Qolf meydançası ilə tanış oldular.
        Sonrakı gün şagirdlər Qusar rayonuna yola düşdulər. Onlar burada “Şahdağ” Qış-Yay Turizm Kompleksi, Həzrə kəndində “Şeyx Cüneyt” türbəsi, Heydər Əliyev Mərkəzi, Tarixi diyarşünasliq müzeyi, Rəsm qalereyasına ekskursiya, daha sonra Bayraq meydanından Qusar rayonunun panoramasını seyr etdilər. Turun son günündə məktəblilər Xaçmaz rayonuna yollandılar. Brada onlar Heydər Əliyev Mərkəzi, Xalça Muzeyi, Dövlət Rəsm Qalereyası, ”Şəxsiyyətlər Muzeyi”, Çənlibel Parkında oldular.

        Tur-aksiyalar məktəblilərə ölkəmizin bu gününü və keçmişini daha dərindən öyrənmək imkanı verir. Bunun üçün məktəblilər onlara göstərdiyi qayğı və diqqətə görə ölkə başçısı İlham Əliyev cənablarına öz minnətdarlığını bildirir.


Açar sözlər: ,