16.12.2019

14 dekabr tarixində IX siniflərdə buraxılış imtahanının ikinci mərhələsi üzrə sınaq imtahanı keçirilib

   14 dekabr 2019-cu il tarixində Laçın rayonunun ümumtəhsil məktəblərində Təhsil Nazirliyi tərəfindən mərkəzləşdirilmiş qaydada IX siniflərdə buraxılış imtahanının ikinci mərhələsi üzrə sınaq imtahanı keçirilib. 9 imtahan mərkəzində rayon ümumtəhsil məktəblərinin IX sinfində təhsil alan 1076  şagirddən 1067 nəfəri iştirak edib.

   Rayon Təhsil Şöbəsinin müdiri Nicat Həsənov imtahan mərkəzlərində olub, imtahanın gedişatı ilə tanış olub.

   İmtahanın  təşkilində və keçirilməsində əməyi olan hər kəsə təşəkkür edirik.