13.01.2020

IX,X,XI sinif şagirdlərinin iştirakı ilə fənn olimpiadasının rayon mərhələsi keçirilib

12 yanvar 2020-ci il tarixdə ölkənin bütün şəhər və rayonlarında olduğu kimi  Laçın rayon ümumitəhsil məktəblərinin IX,X,XI sinif şagirdlərinin iştirakı ilə fənn olimpiadasının rayon mərhələsi keçirilib. Bakı, Abşeron, Sumqayıt ərazisində yerləşən məktəblərin şagirdləri rayonun Çıraqlı kənd tam orta məktəbində təşkil edilmiş mərkəzdə,  Ağcabədi, Bərdə və digər rayonlarda yerləşən məktəblərin şagirdləri isə həmin rayonların təşkil etdikləri mərkəzdə imtahan veriblər. Ümumilikdə rayonun ümumitəhsil məktəblərindən 391 nəfər şagird fənn olimpiadasının rayon mərhələsində iştirak edib..

Laçın Rayon Təhsil Şöbəsinin müdiri Nicat Həsənov olimpiad mərkəzində olub və imtahanın gedişatı ilə maraqlanıb.