21.01.2020

20 Yanvar - Ümumxalq Hüzn Günüdür

Azərbaycan xalqının qəhrəmanlıq səhifəsi olan 20 Yanvar faciəsindən 30 il ötür. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş sovet ordusunun hərbi hissələri Bakı şəhərində müstəqil dövlət yaratmaq və öz suverenliyini əldə etmək üçün ayağa qalxan dinc əhaliyə qarşı misli görünməmiş qətliam törədib. Bu qanlı cinayət insanların azadlıq eşqini söndürə bilməyib, xalqımız qanı bahasına da olsa, öz dövlət müstəqilliyinə qovuşub.

Milli birlik və vətənpərvərliyin simvoluna çevrilmiş 20 Yanvar faciəsi xalqımızın öz suverenliyi uğrunda apardığı mübarizənin şərəfli tarixidir. Hər il faciənin ildönümündə milyonlarla insan paytaxtın ən yüksək nöqtəsində salınan Şəhidlər Xiyabanını ziyarət edir, qəhrəmanlarının xatirəsini anır.

Laçın rayon ümumitəhsil məktəblərində şəhidlərimizin xatirəsini andıran silsilə tədbirlər keçirilib, sərgilər, bədii gecələr təşkil edilib, məktəblərin müəllim və şagird kollektivi Şəhidlər xiyabanını ziyarət ediblər.

Allah Şəhidlərimizə rəhmət eləsin!


Açar sözlər: ,  ,  ,