27.02.2020

Xalqımız Xocalı faciəsini dərin hüznlə yad edib

    Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olmuşdur. Azərbaycanın ümummilli lideri Heydər Əliyev Xocalı soyqırmının on illiyiyi münasibətilə Azərbaycan xalqına müraciətinə qeyd etmişdir: "Bu amansız və qəddar soyqırım aktı insanlıq tarixinə ən qorxulu kütləvi terror aktlarından biri kimi daxil oldu".

    Xalqımız Xocalı soyqırmını dərin hüznlə yad edir,şəhidlərin xatirəsini daima əziz tutur.

    Laçın rayon ümumi təhsil məktəblərində bu qanlı faciə məktəb kollektivi, şagird və valideyinlərin iştirakı ilə qeyd edilib. O hadisələri andıran tədbirlər, rəsm sərgiləri , dəyirmi masalar keçirilib, şagirdlər Xocalı soyqırımı abidəsini ziyarət edərək abidə önünə qərənfillər düzüblər. Allah şəhidlərimizə rəhmət eləsin


Açar sözlər: ,  ,  ,