26.05.2016

Laçın rayon 1 nömrəli tam orta məktəbdə Laçınlı şair Nazim Əhmədli ilə görüş

    Bu gün 26 may 2016-cı il tarixdə Təhsil Şöbəsinin təşəbbüsü ilə rayonun 1 nömrəli tam orta məktəbində Laçınlı şair, Skandinaviya Ölkələri ilə Mədəni və Elmi Əlaqələr İctimai Birliyinin sədri Nazim Əhmədli ilə görüş keçirildi.

    Tədbirdə şairin həyatı və yaradıcılığı haqıında şagirdlərə geniş məlumat verildi.Onun Azərbaycan ədəbiyyatı üçün gördüyü işlərdən söhbət açılıb.Şairin ictimai fəailiyyəti və hərbi jurnalist kimi Qarabağ müharibəsində iştirakından danışılıb.

    Nazim Əhmədli məktəbin müəllim və şagird kollektivini salamlayaraq bu görüşdə olmağından böyük məmnunluq hissi olduğunu söylədi.Öz yaradıcılığından, poeziya aləminə necə gəldiyindən, gördüyü işlərdən, Vətən həsrətinin onun üçün necə ağır olduğunu, bu hisslə barışmadığını, böyük ümidlərlə Laçına gedəcəyini vurğuladı.O, şagirdlərə bildirdi ki, Vətən hissi qədər müqəddəs bir hiss yoxdur.Siz şagirdlər də yaxşı oxumalı, elmin sirlərinə dərindən bələd olamalısınız.Vətənimizin tarixini ədəbiyyatını mükəmməl öyənməlisiniz.Vətənin hər daşı da torpağı da müqəddəsdir.Yaxın günlərdə erməni qəsbkarlarının tapdağı altında olan torpaqlarımızın bir qarışı belə yad əllərdə qalmayacaqdır.

    Sonda şair yeni şeirlərini oxuyub, şagirdlərin suallarını cavablandırıb və məktəbə yeni çapdan çıxan kitabını hədiyyə etdi.