09.06.2016

Təhsil naziri Lənkəran şəhərində vətəndaşları qəbul edəcək

Təhsil naziri Mikayıl Cabbarov 20 iyun 2016-cı il tarixində saat 11:00-da Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzində mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2016-cı ilin iyun ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Astara, Lənkəran, Lerik, Yardımlı, Masallı və Cəlilabad rayon sakinlərini qəbul edəcək.

Ətraflı
03.06.2016

Şagirdlərimizin uğurları

    Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi 01 iyun 2016-cı il tarixdə Beynəlxalq Muğam Mərkəzində 01 iyun Uşaqların Beynəlxalaq Müdafiəsi gününə həsr olunmuş respublika üzrə il boyu uğurlar qazanmış istedadlı uşaqlarla birgə tədbir keçirmişdir.

02.06.2016

Müəllimlərin yerdəyişməsi üzrə elektron ərizələrin qəbuluna başlanılıb

Təhsil Nazirliyi respublikanın ümumi təhsil müəssisələrində və peşə liseylərində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin bir rayondan (şəhərdən) digərinə dəyişdirilməsi üzrə müsabiqəyə başlayıb.

Ətraflı
27.05.2016

Laçınlılar 28 may - Respublika Gününü qeyd etdilər

27 may 2016-ci il tarixdə Ağcabədi rayonu ərazisindəki Taxtakörpü qəsəbəsində, Laçın Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 98-ci ildönümü ilə bağlı tədbir keçirilmişdir.

Ətraflı
26.05.2016

Laçın rayon 1 nömrəli tam orta məktəbdə Laçınlı şair Nazim Əhmədli ilə görüş

     Bu gün 26 may 2016-cı il tarixdə Təhsil Şöbəsinin təşəbbüsü ilə rayonun 1 nömrəli tam orta məktəbində Laçınlı şair, Skandinaviya Ölkələri ilə Mədəni və Elmi Əlaqələr İctimai Birliyinin sədri Nazim Əhmədli ilə görüş keçirildi

25.05.2016

Təmayül məktəblərin şəbəkəsi genişləndirilib

2016-2017-ci tədris ilindən Azərbaycanın 5 şəhər və  36 rayonunun 124 məktəbində təhsil təmayüllər üzrə təşkil olunacaq.

Ətraflı
23.05.2016

Təhsil naziri Xırdalan şəhərində vətəndaşları qəbul edəcək

Təhsil naziri Mikayıl Cabbarov 26 may 2016-cı il tarixində saat 10:00-da Xırdalan şəhərindəki Heydər Əliyev Mərkəzində mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2016-cı ilin may ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Abşeron, Qubadlı, Zəngilan rayon və Sumqayıt şəhər sakinlərini qəbul edəcək.

Ətraflı
20.05.2016

Təhsil naziri Kolumbiya Respublikasının müvəqqəti işlər vəkilini qəbul edib

Mayın 20-də təhsil naziri Mikayıl Cabbarov Kolumbiya Respublikasının Azərbaycan Respublikasındakı müvəqqəti işlər vəkili Marta Qalinda Penyanı qəbul edib.

Ətraflı
20.05.2016

Yeni layihə təqdim olunub

Mayın 19-da “British Council”, Təhsil Nazirliyi və BP Azərbaycan şirkəti ilə birgə əməkdaşlıq çərçivəsində  “İngilis dili müəllimlərinin və icma üzvlərinin ingilis dili bilik və bacarıqlarının artırılması layihəsi”nin təqdimat mərasimi keçirilib.

Ətraflı
20.05.2016

Respublika şahmat turnirinin zona yarışları

Ümumi təhsil məktəblərinin komandaları arasında Respublika şahmat turnirinin zona yarışlarına start verilib.

Ətraflı
19.05.2016

Təhsil naziri Rusiya Federasiyasının nümayəndə heyətini qəbul edib

Mayın 19-da təhsil naziri Mikayıl Cabbarov ölkəmizdə ikigünlük işçi səfərdə olan Rusiya Federasiyasının Müstəqil Dövlətlər Birliyi, Xaricdə Yaşayan Həmvətənlərlə İş və Beynəlxalq Humanitar Əməkdaşlıq üzrə Federal Agentliyinin, eləcə də Təhsil və Elm Nazirliyinin rəhbər şəxslərindən ibarət nümayəndə heyətini qəbul edib.

Ətraflı
18.05.2016

    Laçın rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsinin 24-cü ildönümü ilə bağlı ümumrayon tədbiri keçirilmişdir.

18 may 2016-cı il tarixdə Laçın rayonunun icra srukturlarının, idarə, müəssisə və təşkilatlarının müvəqqəti fəaliyyət göstərdiyi Ağcabədi rayonunun Taxtakörpü qəsəbəsində Laçın rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 24-cü ildönümü bağlı 2500 nəfərin iştirakı ilə geniş ümumrayon tədbiri keçirilmişdir

17.05.2016

Respublika Fənn Olimpiadaları qaliblərinin mükafatlandırılması mərasimi

Mayın 17-də Respublika Fənn Olimpiadaları qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Ətraflı
17.05.2016

Laçınlı gənclər və yeniyetmələr Laçının işğalının 24-cü ildönümü ərəfəsində hərbiçilərlə görüşdülər

Laçın Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyasının Laçın Rayon Gənclər Birliyinin, Laçın Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Böyük Qayıdışa hazırlıqla bağlı tədbirlər çərçivəsində 2016-cı il 17 may tarixdə Laçın rayonundan olan gənc və yeniyetmələr yaxınlıqdakı “n” saylı hərbi hissəyə yürüş təşkil etmiş, orduya dəstək göstərmişlər. Onlar əvvəlcə  Ağcabədi rayonunun Taxtakörpü qəsəbəsində ucaldılmış “Şəhidlərin adidə kompleksi”ni ziyarət edərək, abidənin önünə gül dəstələri qoymuş, daha sonra yaxınlıqdakı “n” saylı hərbi hissəyə yürüş etmişlər.

16.05.2016

Azərbaycanlı məktəblilər ABŞ-da tarixi uğur qazanıb

ABŞ-ın Arizona ştatının Finiks şəhərində InteI ISEF – Intel Beynəlxalq Elm və Mühəndislik Sərgisi keçirilib.

Ətraflı