Nicat Bayram oğlu Həsənov

1981-ci ildə Laçın rayon Dəyirmanyanı kəndində anadan olmuşdur.

2002-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetini bitirmişdir.

2004-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Magistr elmi dərəcəsini almışdır.

2009-cu ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin riyaziyyat və informatika üzrə yenidənhazırlanma təhsilinin tam kursunu bitirmişdir.

2003-2006-cı  illərdə Laçın rayon Uşaq-Gənclər İdman məktəbində məşqçi-müəllim, 2006-2016-cı  illərdə Laçın rayon Uşaq-Gənclər İdman məktəbin direktoru vəzifəsində çalışmışdır.

2008-2016-cı illərdə Laçın Rayon İcra Hakimiyyəti başçısı aparatının Suraxanı rayonu üzrə ictimai əsalarla səlahiyyətli nümayəndəsi vəzifəsində çalışmışdır.

Azərbaycan Gənclərinin II, III, IV və V Forumunun İştirakçısı, 2009-cu ildə Azərbaycan müəllimlərinin XIII qurultayının nümayəndəsi olmuşdur.

2009-cu ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasının 28.01.2009- cu il tarixli T-273 №li qərarı ilə Fəxri Fərmanla tətif edilmişdir.

Azərbaycan Respublikası Təhsil Nazirliyinin 13 iyul 2016-cı il tarixli 01-09-4906/16 saylı məktubu və Laçın Rayon İcra Hakimiyyəti başçısının 26 iyul 2016-cı il tarixli 106 saylı sərəncamına əsasən Laçın Rayon Təhsil Şöbəsinin müdiri vəzifəsinə təyin edilmişdir.

Evlidir. 1 övladı var.


Açar sözlər: