Təhsil Şöbəsi 1992-ci ilin may ayından Laçın rayonunu erməni silahlı birləşmələrinin işğal etməsi ilə əlaqədar olaraq Ağcabədi rayonu Taxta körpü qəsəbəsində fəaliyyət göstərir. Rayonun 5 məktəbdənkənar təhsil müəssisəsi, 111 ümumtəhsil məktəbi, o cümlədən 82 tam orta, 29 ümumi orta məktəbi Respublikanın 15 şəhər və rayonunda fəaliyyətini davam etdirir