Fənn olimpiadalarının Yerli təşkilat komitəsinin tərkibi barədə Laçın Rayon Təhsil Şöbəsinin müdirinin əmri

“Məktəblilərin fənn olimpiadalarının təşkili və keçirilməsi Qaydaları” nın 2.4-cü bəndinə uyğun olaraq

 

ƏMR EDİRƏM:

 

1. Fənn olimpiadalarının şəffaf, obyektiv və tələb olunan səviyyədə keçirilməsini təmin etmək məqsədi ilə Yerli təşkilat komitəsinin yeni tərkibi aşağıdakı kimi təşkil edilsin:

 

Yerli təşkilat komitəsinin sədri

 

Nicat Həsənov – Laçın Rayon Təhsil Şöbəsinin müdiri

 

Üzvlər:

 

Natiq Əbdüləzimov – metodiki kabinetin direktoru;

Fəxri Şahsuvarov   -   metodist;

Şəmil Cəlilov -             metodist;

Zakir Orucov -             metodist.

 

2. Fənn olimpiadalarının keçirilməsi üçün aşağıda adıçəkilənlərdən ibarət nəzarətçilər təyin edilsin:

               Çiçək Quliyeva (RTŞ-nin metodisti),

               Vüqar Məmmədov (RTŞ-nin metodisti),

               Asif Abbasov (6 nömrəli tam orta məktəbin fiziki tərbiyə müəllimi),

               Fərqanə Qasımova (6 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi),

               Nuridə Əzimova (6 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi),

               Afil İsmayılov (6 nömrəli tam orta məktəbin gənclərin çağırışaqədərki hazırlığı müəllimi)

 

3.  Fənn olimpiadasının rayon turu 15 yanvar 2017-ci il tarixdə Sulutəpə qəsəbəsində yerləşən Laçın rayon 6 nömrəli tam orta məktəbin binasında keçirilsin.

 

4.  Yerli təşkilat komitəsi Qaydaların 2.5-ci bəndində nəzərdə tutulmuş vəzifələrin yerinə yetirilməsini təmin etsin.

 

5.   Əmrin icrasına nəzarəti öz üzərimdə saxlayıram.    

 

 

 

 

 

                                                                                                                                                                  Nicat Həsənov

Laçın Rayon Təhsil Şöbəsinin müdiri

1 dekabr 2016-cı il

                                                                                        № 78