"Ədəbiyyat biliciləri" müsabiqəsinin keçirilməsi barədə Laçın Rayon Təhsil Şöbəsinin müdirinin əmri

Azərbaycan Respublikası Təhsil nazirinin 7 noyabr 2016-cı il tarixli 722 nömrəli əmrinin icrasını təmin etmək məqsədi ilə                         

 

ƏMR EDİRƏM:

 

 

1. Laçın rayonunun ümumi təhsil müəssisələrinin VIII-XI sinif şagirdlərinin iştirakı ilə "Ədəbiyyat biliciləri" müsabiqəsi keçirilsin.

2. Müsabiqənin rayon turunun keçirilməsi üçün aşağıdakı tərkibdə Təşkilat Komitəsi yaradılsın:

 

Təşkilat Komitəsinin sədri

 

Alıyev Adil Bəhlul oğlu-RTŞ-nin müdir müavini

 

Üzvlər:

 

               Şahsuvarov Fəxri Şahsuvar oğlu-   RTŞ-nin metodisti

               Ələkbərov İdris Səməd oğlu      -     Sadınlar kənd tam orta məktəbin

                                                                          Azərbaycan dili və ədəbiyyatı müəllimi

              Mirzəyeva Cəmilə Mürşüd qızı -     44 nömrəli tam orta məktəbin Azərbaycan

                                                                          dili və ədəbiyyatı müəllimi

               Qənbərov Xanlar Əsgərxan oğlu- Taxtakörpü qəsəbə tam orta məktəbin

                                                                          Azərbaycan dili və ədəbiyyatı müəllimi

               Mirzəyeva Asudə Mədət qızı -           Taxtakörpü qəsəbə tam orta məktəbin

                                                                          Azərbaycan dili və ədəbiyyatı müəllimi

 

3. Təşkilat Komitəsi:

   3.1. “Ədəbiyyat biliciləri” müsabiqəsinin müəyyən edilmiş qaydalara uyğun olaraq keçirilməsini təmin etsin

   3.2.  Müsabiqənin qaliblərini müəyyənləşdirsin və onların ölkə mərhələsinə buraxılması barədə Təhsil Nazirliyinə

          təqdimat hazırlasın

 

4. Əmrin icrasına nəzarət müdir müavininə (Adil Alıyev) həvalə olunsun. 

 

            Nicat Həsənov

Laçın Rayon Təhsil Şöbəsinin müdiri 

12 noyabr 2016-cı il

                                                                                        № 73