Sentyabr konfransının təşkili və  keçirilməsi barədə Laçın Rayon Təhsil Şöbəsinin müdirinin əmri

                             Laçın rayonunun təhsil işçilərinin sentyabr konfransının keçirilməsini təmin etmək, təhsil sahəsində 2016-2017-ci dərs ilində qarşıda duran vəzifələri müzakirə etmək, mövcud vəziyyəti obyektiv qiymətləndirmək və əməli təklifləri hazırlamaq məqsədi ilə

 

ƏMR EDİRƏM:

 

 

1.            Laçın rayon təhsil işçilərinin  2016 - cı il sentyabr konfransının plenar iclası    7 sentyabr tarixində saat 11:00-da Taxtakörpü qəsəbəsində Laçın Rayon Mədəniyyət Evində keçirilsin.

2. Konfransın Plenar iclasında məktəb direktorlarının , direktor müavinləri və qabaqcıl müəllimlərin, təhsildə xüsusi nailiyyətlərlə fərqlənən və yüksək balla ali məktəblərə qəbul olmuş məzunların, habelə aidiyyəti təşkilatların nümayəndələrinin iştirakı təmin edilsin.

3.  Sentyabr konfransının:

3.1. Bütün fənlər üzrə metodik bölmə iclasları 8 sentyabr 2016-cı il tarixdə saat 10:00-da Taxtakörpü qəsəbə tam orta məktəbində keçirilsin.

3.2. Respublikanın digər şəhər və rayonlarında yerləşən ümumtəhsil məktəblərinin fənn müəllimlərinin həmin şəhər və rayonlarda keçirilən konfransların bölmə iclaslarında iştirakı təmin olunsun.

3.3.  Məktəb rəhbərlərinin bölmə iclasları Taxtakörpü qəsəbə tam orta məktəbində keçirilsin.

4.  Bölmə iclaslarını keçirəcək şəxslərin siyahısı təsdiq edilsin (əlavə olunur).

5.  Bölmə iclaslarında ölkədə aparılan təhsil islahatları ilə əlaqədar qazanılmış uğurlar, qarşıya çıxan problemlər, fənn kurikulumları və şagird nailiyyətlərinin qiymətləndirilməsi üzrə yeni mexanizmin tətbiqi, hər bir fənn üzrə təhsilin keyfiyyətinin yüksəldilməsi, metodik xidmətin effektiv təşkili, idarəetmənin demokratikləşdirilməsi kimi məsələlər müzakirə edilərək əməli təkliflər hazırlansın.

6. Metodkabinet (N. Əbdüləzimov) plenar və bölmə iclaslarında irəli sürülmüş təkliflərin ümumiləşdirilərək sentyabr ayının sonunadək Təhsil Problemləri İnstitutuna göndərilməsini təmin etsin.

7.  Əmrin icrasına nəzarəti öz üzərimə götürürəm.        

 

 

 

                                                                                                                                                                  Nicat Həsənov

Laçın Rayon Təhsil Şöbəsinin müdiri 

1 sentyabr 2016-cı il

                                                                                        № 59