22.01.2021

Teams Platforması üzərindən görüş keçirilib

Laçın Rayon Taxtakörpü qəsəbə tam orta məktəbinin müəllim və şagird heyəti ilə  Teams Platforması üzərindən, Təhsil Nazirliyinin F 260 nömrəli əmrinin icrası məqsədi ilə "Ümumi təhsil müəssisələrində əlverişli təlim və inkişaf mühitinin təmin edilməsi üzrə əlavə tədbirlər barədə Fəaliyyət Planı "na uyğun olaraq  psixoloji maarifləndirmə, psixoloji diaqnostika, psixoloji profilaktika, psixoloji məsləhət (konsultasiya) istiqamətləri üzrə tədbirlərin görülməsi və bu sahədə seminarların, “dəyirmi masa”ların və müzakirələrin təşkil edilməsi yönündə Teams proqramı üzərindən onlayn görüş keçirilib.

Görüşdə eyni zamanda "Müasir Psixologiya Mərkəzinin" psixoloqu doktor Aidə Nəbiyeva müəllim və şagirdlərlə maraqlı müzakirələr aparıb. Buraxılış siniflərinin  iştirakını da nəzərə alaraq, imtahanda necə davranmaq lazım olduğu barədə, psixoloji hazırlıq keçirilib.


Açar sözlər: ,  ,