19.05.2021

"İlin gənc müəllimi -2021” müsabiqəsində "ən yaxşı onluq" məlum oldu

Milli Məclisin Mədəniyyət komitəsi, AzEdu.az Təhsil Portalı və “Gənc müəllim” şəbəkəsinin birgə təşkilatçılığı ilə təşkil olunan "İlin gənc müəllimi-2021" müsabiqəsində "ən yaxşı onluq" müəyyən edilmişdir.

Müsabiqənin məqsədi motivasiya dolu həyat hekayələri olan, ilhamverən fəaliyyətləri ilə şagirdlərə, müəllim həmkarlarına dəstək olan, müasir dərs metodları ilə keyfiyyətli və yaradıcı təhsil mühiti yaradan, cəmiyyət üçün faydalı işlər görən ən yaxşı gənc müəllimləri ortaya çıxarmaq, onları tanıtmaq və mükafatlandırmaqdır.

Münsiflər tərəfindən seçilən ən yaxşı 10 müəllimdən biri -İsmayılova Gülnar Zeynal qızı - Laçın rayon Habil Həsənov adına Mişni kənd tam orta məktəbin müəllimidir.

Hörmətli həmkarımız Gülnar İsmayılovanı təbrik edir və gələcək fəaliyyətində uğurlar arzulayırıq.


Açar sözlər: ,  ,