19.05.2021

Fənn olimpiadalarının final mərhələsi keçiriləcək

2020-2021-ci tədris ili üzrə fənn olimpiadalarının respublika mərhələsinin final turu 31 may, 1 iyun və 4 iyun 2021-ci il tarixlərində keçiriləcək.

Respublika mərhələsinin yarımfinal turunun nəticələrinə əsasən, ümumilikdə 589 şagird final turda iştirak edəcək.

Belə ki, mayın 31-də Azərbaycan dili və ədəbiyyat, tarix və coğrafiya fənləri, iyunun 1-də riyaziyyat və fizika fənləri, iyunun 4-də isə kimya, biologiya və informatika fənləri üzrə olimpiadanın keçirilməsi nəzərdə tutulub

Final turda iştirak edəcək şagirdlər 20-25 may tarixlərində www.portal.edu.az  saytında qeydiyyatdan keçməli və müvafiq buraxılış vərəqəsini əldə etməlidirlər.

Qeyd edək ki, respublika fənn olimpiadaları "Kapital Bank"ın sponsorluğu ilə həyata keçirilir.


Açar sözlər: ,  ,